Karantindən sonra ananın yeni doğulan körpə ilə qovuşma anı – FOTO/VİDEO

0
73

Ananın üç həftədən çox karantində qalan yeni doğulmuş qızı Nuo-Nuo ilə qovuşma anını əks etdirən video sosial şəbəkə istifadəçilərinə duyğulu anlar yaşadıb. “Daily Mail”in məlumatına görə, kadrlar Çinin Hubey əyalətində qeydə alınıb.

Məlumata görə, həkimlər doğulduqdan iki həftə sonra koronavirus şübhəsi ilə uşağı karantinə almışdı. Tibb işçiləri körpəyə anadan virus ötürülə biləcəyindən ehtiyat edirdilər.

Təcrid müddətinin əvvəlində Nuo-Nuo arıqlamışdı. Bundan başqa, onda koronavirusun ən bariz simptomu olan yüksək temperatur müşahidə olunurdu.

Lakin analizlərdən sonra uşaqda COVID-19 virusu aşkarlanmayıb. Bundan sonra anaya uşağı aparmağa icazə verilib.

Həkimlər həmçinin anaya uşağın xəstəxanada yatdığı müddətdə çəkildiyi şəkillərdən ibarət albom təqdim ediblər.