İtaliyada təhsil alan tələbələr Azərbaycana xüsusi geyimdə gəliblər. – FOTO/VİDEO

0
157

İtaliyanın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələr karantin şərtlərindən qane olmayaraq ölkəmizin Romadakı səfirliyinə müraciət ediblər.

Gənclərin müraciətindən dərhal sonra səfirlik onları qısa zamanda Romaya çatmasını təmin edib.

Tələbələrin dediklərinə görə, səfirlik onların İtaliyanın paytaxtına çatması məsələsini yüksək səviyyədə həll edib.

Bundan əlavə, koronavirusa yoluxma hallarını aradan qaldırmaq və tələbələr arasında təması məhdudlaşdırmaq səbəbi ilə onlar xüsusi respirator, əlcək və geyimlə təmin edilib.

Tələbələr Azərbyacan hökümətinə və səfirliyə göstərilən yüksəksəviyyəli xidmətə görə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd etmək lazımdır ki, həmin gənclər artıq Bakıdadırlar.