İtaliyada bir gündə 368 nəfər koronavirusdan öldü

0
79

İtaliyada bir gündə 368 nəfər koronavirusdan öldü

İtaliyada sutka ərzində koronavirusdan ölənlərin sayı 368 nəfər təşkil edib.

Bu barədə İtaliyanın Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli deyib. Onun sözlərinə görə, 369 nəfər isə sağalıb. Beləliklə, virusdan sağalanların sayı 2335 nəfər olub.

Ölüm faktı 1809, yoluxma faktı isə 24,7 min nəfər təşkil edir.

Ən çox yoluxanlar Lombardiya əyalətindədir. Belə ki, burada sutka ərzində 252 nəfər ölüb, 1000 nəfər isə virusa yoluxub.