İNK – DAMMİB, SİMİB, YYSİB Ailəsində böyük itki!

0
611

İNK Sumqayıt şəhər şöbəsinin rəhbərliyində təmsil olunan əməkdar incəsənət xadimi, Sumqayıtdakı məhşur “Göyərçin” abidəsinin və neçə-neçə dəyərli sənət əsərinin müəllifi Vaqif Nəzirov vəfat edib.

Sumqayıtın simvoluna çevrilmiş “Göyərçin” heykəli ilə adını tarixə yazdıran heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişsə də, hər zaman sıralarında ictimai aktivist olaraq fəallıq göstərdiyi İctimai Nəzarət Koalisiyası Ailəsi üzvlərinin ürəyində xatirəsi əbədi qalacaq.

Vaqif Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə Rəssamlar Akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb. Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini bu şəhərin gözəlləşdirilməsinə, abadlaşdırılmasına həsr edib.
Son 2 ildə İNK Sumqayıt şəhər şöbəsinin rəhbərlik edir, təşkilatın işində fəallıq göstərirdi.

İNK Ailəsi olaraq dəyərli şəxsiyyət Vaqif Nəzirovun xatirəsini əziz tutduğumuzu bildirir, mərhumun doğmalarına – ailə üzvlərinə, qohumlarına, Vaqifsevərlərə və xalqımıza dərin hüznlə başsağlığımızı çatdırırıq!

İNK – DAMMİB, SİMİB, YYSİB Ailəsi adından:
Çingiz Abdullayev
Rasim Məmmədov
Aydın Xan Əbilov
Eyni zamanda 113 Vətəndaş Cəmiyyəti Təsisatlarının rəhbərləri, fəalları!

Bakı,7mart 2020-ci il