İlham Əliyev Tovuzda səfərdədir – FOTO (YENİLƏNDİ)

0
94
İlham Əliyev Tovuzda səfərdədir - FOTO (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonunda da səfərdə olub.

Dövlət başçısı səfər çərçivəsində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, “Azərxalça” ASC-nin Tovuz filialının fəaliyyəti ilə tanış olub, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəmzləri Muzeyinin, “ASAN Həyat” kompleksinin və Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun açılışlarında iştirak edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Tovuz rayonuna səfərindən geniş hesabat martın 5-də oxuculara təqdim olunacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

***

Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev muzeylə tanış oldu.

***

Martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış oldu.

***

Martın 4-də Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına məlumat veriblər.

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.

Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.