İlan qanı içib, əqrəb yeyən hərbçilərin əməlləri mülki insanları ayağa qaldırdı

0
355

 

“Bu, təlim deyil, qətliamdır!”

ABŞ dəniz piyadalarının Tailanda həyata keçirdiyi “Qızıl Kobra” təlimlərində iştirakı mülki insanların narazılığına səbəb olub.

Tailand cəngəlliklərindəki təlimlər zamanı çoxlu sayda ilanı öldürərək onların qanını içən, əqrəbləri yeyən hərbçilərin əməlləri yerli sakinlər tərəfindən vəhşilik və heyvan qətliamı kimi qınanılıb.

Hərbçilərin təlimlərindən sonra meşədə çoxlu sayda öldürülmüş ilanlara rast gəldiklərini bildirən mülki şəxslər, baş verənlərlə bağlı hərbi komandanlığa eturaz məktubu yollayıb, bu kimi təlimlərin ləğv edilməsini tələb ediblər. Vətəndaşlar bildirib ki, ABŞ-Tailand hərbi müttəfiqliyini gücləndirmək, birgə təlimlər həyata keçirmək üçün kobra başı əzməyə, ilan öldürməyə ehtiyac yoxdur.

Hələlik, ABŞ komandanlığı vətəndaşların etiraz məktubu ilə bağlı hər hansı mövqe ortaya qoymayıb. Vətəndaşlar isə hesab edir ki, əgər təlimlər dayandırılmasa, bu, vəhşi təbiəyin sistemli şəkildə məhvi demək olacaq.

Xatırladaq ki, dünyanın bir sıra ölkələrində hərbçilərin bu qəbildən olan təlimlərinə qadağa qoyulub.