Hər kəsə pulsuz internet veriləcək – Nazirdən AÇIQLAMA

0
125

Hər kəsə pulsuz internet veriləcək - Nazirdən AÇIQLAMA

İranda daha 21 nəfər koronavirusdan dünyasını dəyişib.

Bu barədə IRNA məlumat yayıb.

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin ümumi sayının 145 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 076 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 5 823 nəfərə çatıb.

K.Cahanpur həmçinin 1 669 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Bu arada, hökumət əhalinin çölə çıxmaması üçün internet şəbəkəsini pulsuz edəcək.

Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi tvitterdən verdiyi açıqlamada sabit internet xidməti təmin edən şirkətlərdən sabahdan etibarən 20 marta qədər bütün istifadəçilər üçün pulsuz 100 GB internet paketi vermələrini tələb etdiyini bildirib.

İran Məscid İşləri İdarəetmə Mərkəzindən verilən yazılı açıqlamada epidemiyanın qarşısının alınması tədbirləri çərçivəsində ikinci əmrə qədər məscidlərdə camaat namazlarının qılınmasının qadağan olunduğunu açıqlayıb.