“Google” şirkəti ən böyük konfransını ləğv etdi

0
60

 

“Google” şirkəti tərəfindən hər il keçirilən “Google I/O” konfransı ləğv edilib. Sözügedən konfrans mayın 12-dən 14-dək Kaliforniyada keçirilməli idi.

“COVID-19 koronavirusu ilə əlaqədar narahatçılıq, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri və digər tibb müəssisələrinin tövsiyələrinə uyğun olaraq biz “Google I/O” tədbirinin keçirilməsini ləğv etmək qərarına gəldik” – şirkətin rəsmisi açıqlama verib.