Evdə qal, sağlamlığını qoru – VİDEO

0
156

“Evdə qal, sağlamlığını qoru! Həm özünüzü, həm də doğmalarınızı koronavirus təhlükəsindən sığortalayın!”

Abşeron rayonunda əhaliyə bu cür xüsusi səsgücləndiricilər vasitəsilə çağırışlar edilib.Proses Xırdalan şəhəri daxil olmaqla bütün kənd və qəsəbələrdə həyata keçirilib. Parklarda vətəndaşlara əhalinin sıx olduqları yerlərdən uzaq durmaları və vacib olmadıqca evdən çıxmamaq tövsiyə edilib.

Könüllülər yaşlı, ahıl insanlara yaxınlaşaraq onlara koronavirus təhlükəsi ilə bağlı məlumatlar verib, mümkün qədər evlərindən çıxmamalarını bildiriblər.