Ermənilər Laçında arı xəstəlikləri ilə bağlı  seminar keçirir- Arxayınçılığa bax…

0
363

Düşmənin arxayınçılığı Azərbaycanın on illərlə gah Amerikaya, gah Rusiyaya, gah Türkiyəyə ümid edərək özünün qəti addım atmamasından doğur….
Bu minvalla zamanımızı, əslində isə özümüzü – həm mənəvi, həm də fiziki mənliyimizi öldürürük….

Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə,  qondarma rejimin “kənd təsərrüfatı nazirliyi”nin təşkil etdiyi seminarı “Təbiətin möcüzəsi” adlı şirkətin rəhbəri Tovmas Tovmasyan aparıb. Tədbirə “Kaşataq” adlandırılmış Laçın, Qubadlı, Zəngilan rayonları ərazisində sülənən 30 tanınmış arıçı qatılıb…
Seminarda iştirak edən Ermənistan Kənd Təsərrüfatı nazirinin müavini Tiqran Arstamyan bildirib ki, bu cür tədbirlər rejimin nəzarət etdiyi digər Azərbaycan bölgələrində də keçiriləcək…
P.S. Göründüyü kimi, işğalçı, separatçı ermənilər torpaqlarımızda arxayınçılıqla mümkün işlərini davam etdirirlər. Bu arxayınçılıq isə bizim – bütövlükdə Azərbaycanın son 3 onillikdəki laqeydliyi və arxayınçılığından irəli gəlir. Torpaqlarımızı gah Amerikanın, gah Avropanın, gah Rusiyanın, gah da Türkiyənin köməyi ilə azad edəcəyimizə ümid edə-edə zamanımızı, əslində isə özümüzü – həm mənəvi, həm də fiziki mənliyimizi öldürürük….
 
P.P.S. Digər qondarma münaqişə ocaqlarında olduğu kimi, Suriyada, İdlibdə də sabitlik, sülh yaranması illərlə sürəcək. Odur ki, özümüz  tezliklə öz başmıza çarə qılmalıyıq….