Dünyada yeganə albinos oranqutan təsbit edilib – FOTO

0
82


Borneo adasının İndoneziyaya aid hissəsində dünyada yeganə albinos oranqutan tapılıb.
NDTV xəbər verir ki, Alba adlı bu dişi oranqutan yerli kəndlilər tərəfindən bir müddət qəfəsdə saxlanılıb.
2017-ci ildə heyvan müdafiəçiləri meymunu kəndlilərin əlindən alıb.
2018-ci ildə isə Albanın vəhşi təbiətdə yaşaya biləcəyinə əmin olan heyvan müdafiəçiləri onu azadlığa buraxıb.
Cari ilin mart ayında Albanın sağ olduğu təsbit edilib.