Dövlətdən kirayəyə ev götürənlər ilk müqavilələri bağladı

0
69

Bu gün Azərbaycanda ilk dəfə olaraq yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində kirayə müqavilələri rəsmiləşdirilib.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.

Məlumata görə, Fondun razılıq qərarını alaraq mənzil seçimi etmiş ilk 6 vətəndaşla kirayə mənzil müqaviləsi imzalanıb və hazırda mənzillərin onlara təhvil verilməsinə başlanılıb. Əlavə olaraq 23 vətəndaş da müqavilənin rəsmiləşdirmə tarixini seçib.

Vətəndaşların nəzərinə çatdırılıb ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti martın 19-na qədər məhdudlaşdırıldığından, Fond vətəndaşların sənədlərinin qəbulunu da müvəqqəti dayandırıb. Sənəd qəbulunun davam etdirilməsi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

Bugünədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:

Qeyd edək ki, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.