Çınqıllı ərazidə yetişən yapon tut tingləri – VİDEO

0
205

Mingəçevirdə yetişdirilən yapon sortlu tut tingləri yerlilərdən yarpaqlarının iriliyi və çox olması ilə seçilir.

Şəhər sakini Rizvan Mustafayev beş il əvvəl Tərtər rayonundan “yapon gəri” adlanan tingləri alaraq Mingəçevirdə əkib.

Ötən ilə qədər dörd min tingdən alınan yarpağı təsərrüfat sahibi Yevlax, Ağdaş və digər qonşu rayonlardan olan baramaçılara satıb. Məhsuldar çəkil növünü R.Mustafayev münbit şəraitdə deyil, qumlu-çınqıllı ərazidə yetişdirib.

Təsərrüfatçı tinglərin sayını 20 minə çatdırmağı düşünür.