Bu azərbaycanlılar beş il Rusiyaya gedə bilməzlər

0
164

Rusiyanın Tatarıstan Respublikasından azərbaycanlılar deportasiya edilib.

Kazved.ru-nun məlumatına görə, son iki ay ərzində ərazidən ümumilikdə 100-dən çox qanunsuz miqrant çıxarılıb.

Onlar Azərbaycan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Gürcüstan və Moldova vətəndaşlarıdır.

Öz ölkələrinə göndərilən həmin şəxslər beş il Rusiyaya gedə bilməzlər.