Baku TV də fləşmoba qoşuldu: Virusameydanoxuyaq – VİDEO

0
261

İctimai Televiziyanın başlatdığı “Virusa meydan oxuyaq” fləşmobuna qatılanların sayı artır.

Baku TV-nin Xəbərlər departamenti və “Səhər” verilişi də fləşmoba qatılanlar sırasındadır.

“Xəbər” proqramının siması olan Səma Camal virusa meydan oxuyub. İzləyiciləri təbrik edən aparıcı xalqımızın qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramında hamını pozitiv olmağa səsləyib.

O qeyd edib ki, dünyanı cənginə alan koronovirus pandemiyasına yalnız xoş əhval-ruhiyyə ilə qalib gəlmək mümkündür.

Bundan sonra yayıma Baku TV-nin digər əməkdaşları daxil olub.

Onlar efirə xalqımızın qədim rəqsi olan, milli birliyin, bərabərliyin simvolu olan “Yallı” rəqsini ifa edərək qoşulublar.

Baku TV-nin əməkdaşları bununla müsbət əhvalın, birliyin bütün bəşəri dərdlərə dərman olduğunu xalqa çatdırıblar.

İlaxır çərşənbə günündə tamaşaçıları təbrik edən Baku TV komandası onları təşvişə düşməməyə çağırıblar.