Bakıda sürücü diqqətsizliyi qəzaya səbəb oldu – VİDEO

0
83

Axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində yerləşən 23-cü Polis Bölməsinin qarşısında qəza baş verib.

Olkin ehtimala görə, “Honda” markalı avtomobilin sürücüsü prospektin kənar yolu ilə hərəkətdə olduğu zaman sözügedən bölmədən qəfil “Mercedes” markalı nəqliyyat vasitəsinin çıxması qəzanı qaçılmaz edib.

Nəticədə, “Honda” markalı minik maşınının sürücüsü idarəetməni itirərək, “Mercedes”ə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.