Bakıda qadının ölümü ilə bağlı cinayət işi başlandı

0
202

Bakıda avtomobil qəzasında xəsarət alan qadın ölüb.

Hadisə fevralın 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Oba” marketinin qarşısında baş verib. Şəhər sakini, 1977-ci il təvəllüdlü Zaur Rəhmanov idarə etdiyi “Reno Loqan” markalı avtomobillə yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Heyran Mahmudovanı vurub.

3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilən 35 yaşlı qadın martın 9-da orada ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.