Bakıda məşhur əyləncə məkanlarında pozuntular aşkarlandı – SİYAHI + FOTO

0
370

Ötən gün Bakı Şəhər Ticarət və Xidmət Departamenti rayon polis idarələri ilə birgə paytaxtın ictimai iaşə obyektlərində, kafe və restoranlarında qəlyan çəkilməsinin qarşısının alınması məqsədilə reydləri davam etdirib.

Qəlyan çəkilməsinin bir sıra virus infeksiyaların yayılmasına səbəb olacağı barədə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq, bəzi obyekt sahibləri tərəfindən pul qazanmaq həvəsi vətəndaşlarımızın sağlamlığından daha üstün tutulduğundan reydlər zamanı yeni pozuntular aşkarlanıb.

Bu neqativ hallar Səbail rayonu, İçəri şəhərdəki “Museum İnn” otelinin kafesində, Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 11 ünvanındakı “Pafos” Karaoke Sinema Klubda, Cavadxan küçəsindəki “Korona” kafesində, Nəsimi rayonundakı “Badam” çay evində, Sabunçu rayonunda “MM” çay evində, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki “Çardaq” kafesində aşkar edilib. Departament rəsmiləri və hüquq-mühafizə orqanları tərəfindən belə obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilib.

Növbəti günlərdə keçiriləcək reydlərdə neqativ hallar aşkarlanan obyektlərin sahiblərinin də adları ictimaiyyətə çatdırılacaq. Bununla bağlı müvafiq tədbirlər və reydlər davam etdiriləcək.