Bakıda bu yol “Venesiya”ya çevrildi – VİDEO

0
87

Bakıda kanalizasiya xəttinin sıradan çıxması avtomobillərin hərəkətində çətinlik yaradıb.

Görüntülər Bakının Binəqədi rayonunda “Baksol yolu” deyilən ərazidə qeydə alınıb.

Videodan görünür ki, avtomobil yolunda suyun dərinliyi yarım metrə qədər qalxıb.

Bu səbəbdən yoldan istifadə edən avtomobillər çətinliklə üzləşib, maşınların bəziləri bu ərazini keçə bilməyib və xarab olub.