Bakı metrosu üçün yeni iş vaxtı müəyyənləşdirilib

0
122

Bakı metrosu üçün xüsusi karantin rejimi dövründə yeni iş vaxtı müəyyənləşdirilib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Belə ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.