Bakı Metropoliteninin fəaliyyəti dayandırılır? – İCLAS KEÇİRİLİR

0
190

Bakı Metropoliteninin fəaliyyəti dayandırılır? - İCLAS KEÇİRİLİR

Bu gün mediada koronavirusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırıcı tədbirlərin daha da artırılması ilə bağlı Bakı Metropolteninin də fəaliyyətinin dayandırılması ehtimalı ilə bağlı məlumatlar yayılıb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metropolitendə dezinfeksiya və gündəlik profilaktik tədbirlər ciddi nəzarət altında həyata keçirilir. Tədris prosesində fasilə elan olunduğu üçün hazırda sərnişin sıxlığı müşahidə olunmur: “Bakı Metropoliteni” QSC ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah arasında müntəzəm və sıx şəkildə əlaqə qurmaqla, müvafiq məsləhətləşmə, müzakirə və fikir mübadiləsi aparılır, bütün lazımi məlumatlar təqdim olunur.

Qərargahın və aidiyyətli səlahiyyətli strukturların tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl olunur”.

Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahda vacib iclas keçirilir. İclasda bir sıra qurumların rəhbərlikləri də iştirak edir. Toplantıdan sonra yeni məhdudlaşdırıcı tədbirlər barədə məlumatın yayılması istisna edilmir.