Bəxtiyar Sadıqov Mübariz Mənsimovdan danışdı

0
120

 

“Mübariz Mənsimov Türkiyədə həbs olunub. Onu kim və nə üçün həbs edib, bunu orada bilirlər. Məsələ araşdırılır, araşdırılan zaman bəraət qazanacaqmı, yaxud müəyyən faktlar ortaya qoyulacaqmı, bunu da Türkiyənin hüquq-mühafizə orqanları bilir”.
Bunu açıqlamasında “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.

O, bildirib ki, əllərində müəyyən bir fakt olmasa, nəsə bir şübhələr yaranmasa, o vətəndaşı istintaqa cəlb etməzlər: “Bu hay-həşiri indidən salmaqla, şübhələri Azərbaycanın üzərinə yönəltməklə nəyə nail olmaq istəyirlər? Heç elə bil bu vətən həmin insanların deyil, heç elə bil bu Azərbaycanın təmiz adının, imicinin bunlara dəxli yoxdur. Məndə ən çox təəssüf doğuran bu haldır.

Türkiyə elə bir dövlət deyil ki, bizim sözümüzlə oturub dursun. Azərbaycan rəhbərliyi elə bir rəhbərlik deyil ki, Türkiyəyə desin ki, bu adamın qanunsuz işlərinin qarşısını almaqda çətinlik çəkirəm, bu işi siz görün. Bütün bu variantları götür-qoy edib araşdırandan sonra həmin insanlara həm gülməyim, həm də yazığım gəlir. Axı sizin də adınız azərbaycanlıdır.

İndi gözləyin, bəlkə o şübhələr həqiqət olmadı, onu azadlığa buraxdılar. O şübhələr həqiqət olarsa, ortaya faktlar qoyulacaq, məhkəmə prosesi keçiriləcək və sonda məhkəmə hökmü veriləcək. O zaman utanacaqsınız ki, həqiqət bu imiş, biz onu ora-bura yozmuşuq. Ola bilər ki, elə insanlar utanmasınlar. Çünki o insanlar hər bir hadisə baş verəndə özlərini kiminsə təəssübkeşi kimi göstərirlər. Bu onların xəstəliyidir. Hər kəsi səbirli olmağa çağırıram.

Türkiyə qanunun aliliyini təmin edən bir ölkədir. Biz dəfələrlə ən müxtəlif proseslərdə bunun şahidi olmuşuq. Günahı olanı cəzasız qoymaz. G