Azərbaycanda karantinə görə bağlanan ticarət mərkəzlərinə məhsullarını satmaq üçün şans verildi

0
200

Daxili İşlər Nazirliyi iri ticarət mərkəzlərinin anbarlarında qalan malların onlayn satışına icazə verildiyini açıqlayıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov  bildirib ki, xüsusi karantin rejimi dövründə insanların bir-biri ilə təmasını, ünsiyyətini aradan qaldırmaq məqsədilə iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb:

“Lakin buna baxmayaraq, həmin ticarət mərkəzlərində çalışan sahibkarlar anbarlardakı mallarını onlayn satışını həyata keçirə bilərlər. Karantin dövründə onlayn ticarətin imkanlarından istifadə daha doğru seçimdir.

Bu zaman satanla alan arasında birbaşa ünsiyyət və təmasın olmaması hər bir vətəndaşın sağlamlığının müdafiəsi deməkdir. Ona görə də sahibkarlara onlayn qaydada mallarını satmaq tövsiyə olunur”.