Azərbaycan tütün və tütün məmulatlarının idxalını xeyli azaldıb

0
113

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 10,811 mln ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,761 mln ABŞ dolları və yaxud 34,76% azdır.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,6%-ni təşkil edib.
Bu ilin 2 ayı ərzində Azərbaycandan 1,808 mln ABŞ dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 915,77 min ABŞ  dolları və yaxud 33,62% azdır.
Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,06%-nə bərabər olub.