Ali məktəblərə məktub göndərildi – VİDEO

0
163

Ali məktəblərə məktub göndərildi - VİDEO

Universitetlərdə tədris İyunun 15-ə kimi davam edəcək

Təhsil naziri müavininin imzası ilə ali təhsil müəssisələrinə məktub göndərilib.Məktubda təhsil proqramlarının icrasını təmin etmək məqsədi ilə ali təhsil müəsisələrinin rəhbərlərinə müvafiq tədbirlərin görülməsi tapşırılıb

Məktubda həmçinin o da qeyd edilir ki, ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin nəzəri təlim müddətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin tədris qrafiki dəyişməsin, yəni dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun iyun ayının sonuna qədər aparılsın. “Təhsil” ixtisasları qrupuna daxil olan ıxtisaslar üzrə tələbələrin təcrübəsi iyun ayının 15-nə qədər davam etdirilsin və bu zaman dövlət attestasiyası iyun ayının 15-dən iyul ayının 13-nə qədər aparılsın.