“Windows 7” istifadəçiləri kütləvi hücuma məruz qalıblar

0
380
“Windows 7” istifadəçiləri kütləvi hücuma məruz qalıblar
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “2020 Webroot Threat Report” adlı hesabata əsasən, “Microsoft”un köhnə platforması üçün internetdə olan zərərverici proqramların sayı 125% artıb. Bu halda virusların 93,6%-i hər bir fərdi kompüter üçün unikal olub ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

Ən çox adi istifadəçilərin kompüterləri kiberhücumlara məruz qalırlar. Müxtəlif şirkətlərin sistemləri ilə müqayisədə onlar təhlükəli proqram təminatına 2 dəfə daha çox yoluxurlar.

Hesabat üçün 37 milyard URL ünvan, 842 milyon domen adı, 4 milyard IP və 31 milyon mobil proqram təhlil edilib. Ən geniş yayılmış təhlükələrdən biri fişinq adlandırılıb – internet fırıldaqçılar başqalarının məlumatlarını ələ keçirmək üçün tez-tez “Facebook”, “Microsoft”, “Apple”, “Google”, “PayPal” və “Dropbox” saytlarının saxta versiyasını hazırlayırlar. Adətən cinayətkarları başqa istifadəçilərin ödəniş informasiyası maraqlandırır.