Vulkan püskürməsi belə görüntüləndi – ANBAAN VİDEO

0
469

İndoneziyanın Yava adasında Merapi vulkanı püskürüb.

Bu barədə “Sinxua” agentliyi informasiya yayıb.

Vulkanın püskürməsi nəticəsində kül və tüstü sütunu iki kilometr yüksəkliyə ucalıb. İndoneziya hökuməti vətəndaşlara vulkanın kraterinə üç kilometr məsafəyə qədər yaxınlaşmağı qadağan edib. Yerli xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Xatırladaq ki, 2016-cı ildə Merapi vulkanının püskürməsi nəticəsində ən azı 340 nəfər ölüb, 60 mindən artıq insan evini tərk etməyə məcbur olub.