ÜST-dən koronavirus açıqlaması: Vaxtımız azalır…

0
341

Koronavirusun Çin xaricində sürətlə yayılması böyük narahatlıq yaradır.

Bu sözləri Ümumdünya Səhiyyə Təşiklatının (ÜST) rəhbəri Tedros Abhanom deyib.

“Bu virusu nəzarətdə saxlamaq üçün lazım olan vaxt getdikcə azalır. Bu şansı qaçırsaq, o zaman əsl problem başlayar. Bir gün geriyə baxıb bu zamandan istifadə etmədiyimiz üçün peşman olmamalıyıq”, – deyə ÜST rəhbəri bildirib.

Abhanom İranda koronavirusdan ölənlərin sayının artması, Livanda ilk koronavirusa yoluxma halının qeydə alınması olaylarının həyəcan təbili olduğunu söyləyib.