Qarabağda erməni zabit özünü güllələyib

0
69

Ermənistan İstintaq Komitəsində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni hərbçinin ölümü ilə bağlı cinayət işi açılıb.

İstintaq Komitəsinin yaydığı məlumatda fevralın 14-də, saat 19:30 radələrində hərbi hissələrdən birində xidmətdə olan leytenant Ayk Asryanın öldüyü bildirilib.

1997-ci il təvəllüdlü hərbçi alın nahiyəsindən ölümcül güllə yarası alıb. Onun intihar etdiyi güman edilir.

Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 110-cu maddəsinin 1-ci hissəsi (intihar həddinə çatdırmaq) ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, cari il ərzində Ermənistan ordusunun 13 hərbi qulluqçusu ölüb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here