Putin Polad Bülbüloğlunu fəxri diplomla təltif etdi

0
101

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafındakı böyük xidmətlərinə görə, Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun fəxri diplomla təltif edilməsi barədə göstəriş verib.

Müvafiq sənəd Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri, bəstəkar, müğənni Polad Bülbüloğlunu 75 illik yübileyi münasibəti ilə də təbrik etmişdi.