MSK sədri: “Kimin əlində fakt varsa, sosial şəbəkələrə yerləşdirsin”

0
69

“Kimin əlində qanun pozuntusu ilə bağlı faktlar, görüntülər varsa, sosial şəbəkələrdə yerləşdirsin”.

Bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov deyib.

“İddialarınızın dəqiqliyindən əminsinizsə, həmin faktları sosial şəbəkələrə qoyun. Bütün ölkə də görsün ki, qanun pozuntuları olub”, – deyə M.Pənahov bildirib.

M.Pənahov onu da əlavə edib ki, seçkilərlə əlaqədar sosial şəbəkələrə 385 görüntü yerləşdirilib.

“Kim əlindəki faktları sosial şəbəkələrə yerləşdirməyibsə, bizdə əminlik yaranacaq ki, məntəqələrdə pozuntu halı olmayıb”, – deyə MSK sədri qeyd edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here