Koronavirusun əngəl olduğu dünyanın mühüm idman yarışları – SİYAHI

0
191

Dünyanı qorxuya salan koronavirusun (COVID-19) yayılması idman aləminə də təsirsiz ötüşməyib.Indiyədək dünya idman aləmində koronavirusun əngəl olduğu mühüm yarışları təqdim edirik.

Kamandan oxatma Çinin Şanxay şəhərində (4-10 may) keçirilməli olan Dünya Kubokunun ikinci mərhələsi ləğv edilib.

Atletika Qapalı məkanda Çinin Nançin şəhərində (13-15 mart) keçirilməli olan dünya çempionatı 2021-ci ilin martına təxirə salınıb.

Qapalı məkanda Çinin Xancou şəhərində (12-13 fevral) keçirilməli olan Asiya çempionatı ləğv edilib.

AvtoyarışÇinin Şanxay şəhərində (19 aprel) keçirilməli olan Formula-1 Qran-Prisi təxirə salınıb. Yarışın yeni vaxtı hələ müəyyənləşdirilməyib.

Badminton Filippinin paytaxtı Manilada (11-16 fevral) keçirilmiş komandalararası Asiya çempionatında Çin və Honkonqun kişi və qadınlar, eləcə də Hindistanın qadınlar komandası yarışdan çəkilib

BeyzbolYaponiya Peşəkar Beyzbol Liqasında 26 fevral-15 mart tarixlərində keçirilməli olan mövsüm öncəsi bütün oyunlar azarkeşsiz olacaq.

BasketbolQadınların Olimpiya təsnifat turniri (6-9 fevral) Çinin Foşan şəhərindən Serbiyanın paytaxtı Belqrada keçirilib.

BiatlonÇinin Canqciakou şəhərində Olimpiya test yarışı (27 fevral-2 mart) ləğv olunub.

BoksAsiya-Okeaniya Olimpiya təsnifat turniri Çinin Uxan şəhərindən (3-11 mart) İordaniyanın paytaxtı Ammana verilib.

İdman dırmanmasıÇinin Vucian (18-19 aprel) və Çonçin (22 aprel) şəhərlərində keçirilməli olan Dünya Kuboku yarışları ləğv olunub.

AtçılıqHonkonqdakı (14-16 fevral) Masters Seriya turniri ləğv olunub.

Otüstü hokkeyHokkey Pro Liqasında Çinin Belçika (8-9 fevral) və Avstraliya ilə (14-15 mart) matçları təxirə salınıb.

QolfSinqapurda keçirilməli olan qadınların dünya çempionatı (27 fevral-1 mart) ləğv olunub.

GimnastikaAvstraliyanın Melburn şəhərində keçirilmiş (20-23 fevral) idman gimnastikası üzrə Dünya Kubokunda Çin komandası iştirak etməyib.

HəndbolMonteneqroda keçirilən qadınların Olimpiya təsnifat turnirində (20-22 mart) Çin komandası geri çəkilib. Honkonq komandası isə iştirak etmək dəvətindən imtina edib.

At qaçışı yarışıYaponiya At Yarışı Assosiasiyası 27 fevraldan bütün yarışların azarkeşsiz keçirilməsinə qərar verib.

Buzüstü hokkeyÇinin Yüksək Hokkey Liqasının klubları ev oyunlarını Rusiyada keçirməyə başlayıb.

CüdoParisdəki (8-9 fevral) və Düsseldorfdakı (21-23 fevral) Böyük Dəbilqə turnirlərində Çin idmançıları iştirak etməyib.

Müasir pentatlonÇinin Siamen şəhərində keçirilməli olan (25-31 may) dünya çempionatı Meksikanın Kankun şəhərinə salınıb.

Reqbiİtaliyanın kişi və qadın komandalarının oyunları təxirə salınıb, Honkonqdakı qadınların dünya çempionatı 14-22 martdan 8-16 may tarixinə keçirilib.

Yelkən idmanıMartda Çində keçirilməli olan Asiya çempionatının oyunları apreldə İtaliyanın Cenoa şəhərinə salınıb.

XizəksürməÇinin Yençin şəhərindəki dağ xizəyi üzrə Dünya Kuboku (15-16 fevral) ləğv olunub.

FutbolAsiya Çempionlar Liqasının Çin və İran klublarının iştirakı ilə keçirilən matçları təxirə salınıb. Cənubi Koreya komandalarının matçları azarkeşsiz keçiriləcək.

Avropa Liqasında İtaliyanın Milan şəhərində (27 fevral) “İnter” – “Ludoqorets” matçı bağlı qapılar arxasında keçirilib.

Dünya çempionatının seçmə mərhələsinin Çin – Maldiv adaları (26 mart) və Çin – Quam (31 mart) görüşləri Tailandın Buriram şəhərinə salınıb. Bu oyunlara azarkeşlərin gəlməsinə qadağa qoyulub.

Fevralın sonları başlamalı Çin və Cənubi Koreya çempionatlarının startı təxirə salınıb.

İran çempionatı fevralın 24-dən azarkeşsiz keçirilir.

25 fevral-15 mart tarixlərindəki Yaponiya çempionatının oyunları təxirə salınıb.

Türkmənistanın paytaxtı Aşqabadda keçirilməli olan futzal üzrə Asiya çempionatı (26 fevral-8 mart) təxirə salınıb.

Sürətli konkisürməCənubi Koreyanın paytaxtı Seuldakı dünya çempionatı (13-15 mart) ləğv olunub.

ÜzgüçülükQazaxıstanın paytaxtı Nur-Sultandakı su polosu üzrə Asiya çempionatı (12-16 fevral) ləğv olunub.

Stolüstü tennisCənubi Koreyanın Busan şəhərindəki komandalararası dünya çempionatı 22-29 maydan 21-28 iyun tarixlərinə keçirilib.

TaekvondoÇinin Usi şəhərində keçirilməli olan (10-11 aprel) Asiya Olimpiya təsnifat turniri İordaniyanın paytaxtı Ammana salınıb.

TennisDeyvis Kubokunda (6-7 mart) Çinə Rumıniya ilə görüşdə texniki məğlubiyyət verilib.

TriatlonÇinin Çandu şəhərindəki Dünya Kuboku (10 may) təxirə salınıb.

VoleybolÇinin Yancou şəhərindəki çimərlik voleybolu üzrə Dünya Kuboku (22-26 aprel) təxirə salınıb.

AğırlıqqaldırmaAsiya çempionatı (18-25 aprel) Qazaxıstanın paytaxtı Nur-Sultandan Özbəkistanın paytaxtı Daşkəndə keçirilib.

GüləşHindistanın Yeni Dehli şəhərində keçirilmiş (20-23) fevral Asiya çempionatında Çin, Şimali Koreya və Türkmənistan komandaları iştirak etməyib.

Çinin Sian şəhərində keçirilməli (27-29 mart) olan Asiya Olimpiya təsnifat turniri Qırğızıstanın paytaxtı Bişkekə salınsa da, dünən bu ölkə də Ümumdünya Güləş Birliyinə müraciət edərək təşkilatçılıqdan imtina edib.