“Barselona” və “Real”dan tarixi antirekord

0
529

İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində Madrid “Real”ı “Real Sosyedad”a 3:4, “Barselona” isə “Atletik”ə 0:1 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.

“kral klubu” və “Barselona” 65 ildən sonra ilk dəfə eyni gündə kubokda mübarizəni dayandırıb. 1955-ci ilin 29 mayında İspaniya kubokunun yarımfinal mərhələsində “Real” “Sevilya”ya, “Barselona” isə “Atletik”ə məğlub olaraq, mübarizəni dayandırmışdı.