Ətrafımızdakı HƏR ŞEY CANLIDIR, hətta qum dənəcikləri – Alimlərdən ŞOK AÇIQLAMA

0
97

Ətrafımızdakı HƏR ŞEY CANLIDIR, hətta qum dənəcikləri - Alimlərdən ŞOK AÇIQLAMAAdətən “canlı” dedikdə, ağlımıza insan, heyvan və uzağı bitkilər gəlir, lakin Kembric Universitetinin alimlərinin yeni kəşfi hətta qum təpələrinin də olduqca “şüurlu” olduğunu sübut edir.

Bu barədə araşdırma “Physical Review Letters” jurnalında dərc olunub.

Araşdırmalar göstərir ki, səhrada, yaxud suyun altında əmələ gələn qum təpələri, demək olar ki, həmişə qrup şəklində yaranır, bəzən sanki əllə çəkilmiş heyrətamiz naxışlar “yaradırlar”. Bundan da maraqlısı odur ki, qonşu təpəciklər bir-birilə əlaqə yaradaraq, “ünsiyyət qurur” və gələcək hərəkətlərinin strategiyasını hazırlayırlar.

Ətrafımızdakı HƏR ŞEY CANLIDIR, hətta qum dənəcikləri - Alimlərdən ŞOK AÇIQLAMA

Bu, təbiətdə müşahidə olunan bir şeydir. Lakin alimlər daha da irəli gedərək, laboratoriyada süni qum təpəcikləri yaradıblar və yavaşlatdırılmış keyfiyyətli çəkiliş vasitəsilə onların həqiqətən “ünsiyyət qurduqlarının”, sinxron şəkildə paralel hərəkət etdiklərinin, dağılışdıqlarının, digərlərini “gözlədiklərinin” və hansısa məntiqi sxemlər qurduqlarının şahidi olublar.

Bəzi tədqiqatçıların fikrincə, hətta insanın yaratdığı əşyaların da müəyyən şüuru var.

Maraqlıdır ki, amerikalı alimlər yeni kəşfə əsaslanaraq, qum təpəciklərinin “davranışlarını” araşdırmaqla müəyyən dərəcədə onların miqrasiyasını dəyişmək və səhralaşmanın qarşısını almaq, qumların yollara, nəqliyyat kanallarına vurduğu ziyanı azaltmağın mümkün olduğunu hesab edirlər.

Bir sözlə, alimlər qum dənəciklərilə daha sız əlaqə qurmağı, hətta dostlaşmağı təklif edirlər.