Yanan ticarət mərkəzindən son görüntülər – VİDEO

0
113
Novosibirsk vilayətinin İskitim şəhərində yanan ticarət mərkəzinin görüntüləri yayımlanıb.

Səhər saatlarında başlayan yanğın 3,5 min kvadrat metr ərazini əhatə edib.

Bölgənin Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, yanğın lokallaşdırılıb, insan itkisi qeydə alınmayıb.

Yanğınla mübarizəyə 113 nəfər yanğınsöndürən və 32 ədəd texnika cəlb edilib.