Vilayət Eyvazov Rəşadət Babayevi işdən çıxardı

0
164

Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri, polkovnik Rəşadət Babayev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə onun yerinə polkovnik-leytenant Malik İbrahimov gətirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov, Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının komandiri, polkovnik Balakişi Əhmədov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndəriliblər.