Video oyunun mərhələlərini keç – işə qəbul ol

0
181

“Pymetrics” adlı startap komandası işə qəbul prosesini asanlaşdırıb obyektivləşdirmək məqsədi ilə yeni ideyasını ictimaiyyətə təqdim edib.

“Pymetrics” startapının müəllifləri süni intellektə əsaslanan alqoritmdən istifadə ediblər.

“Bu platforma potensial işçinin cins və etnik faktorlarını nəzərə almadan seçir. Beləliklə, işçilər obyektiv olaraq seçiləcək”, – deyə startapın baş direktoru Frida Polli açıqlayıb.

Qeyd edək ki, “Unilever”, “Accenture” və “McDonalds” kimi nəhəng şirkətlər həmin texnologiyadan istifadə edir.