“Vest Hem” də “Liverpul”la bacarmadı – 128 ildə ilk

0
362

İngiltərə Premyer Liqasında XVIII turdan təxirə salınmış oyun keçirilib.

Lider “Liverpul” Londonda “Vest Hem”in qonağı olub.

Cari mövsüm Premyer Liqada məğlubiyyətsiz irəliləyən “qırmızılar” çempionluq yolunda daha bir önəmli addım atıblar. Qonaq komanda hər hissədə bir qol vuraraq, meydanı qalib tərk edib.

24 turdan sonra xallarının sayını 70-ə çatdıran Yurgen Kloppun kollektivi ən yaxın izləyicisi “Mançester Siti” ilə aradakı xal fərqini 19-a yüksəldib. “Vest Hem” isə 23 xalla 17-ci pillədə qərarlaşıb.

Bununla “Liverpul” 128 illik tarixində ilk dəfə bir mövsüm ərzində çempionatdakı bütün komandaları məğlub etməyi bacarıb.

İngiltərə Premyer Liqası
XVIII turdan təxirə salınan oyun
29 yanvar
“Vest Hem” – “Liverpul” – 0:2

Salah, 35 (pen.); Oksleyd-Çamberlayn, 52

1 Liverpul 24 23 1 0 56-15 70
2 Mançester S. 24 16 3 5 65-27 51
3 Lester 24 15 3 6 52-24 48
4 Çelsi 24 12 4 8 41-32 40
5 Mançester Y. 24 9 7 8 36-29 34
6 Tottenhem 24 9 7 8 38-32 34
7 Vulverhempton 24 8 10 6 35-32 34
8 Şeffild Y. 24 8 9 7 25-23 33
9 Sauthempton 24 9 4 11 31-42 31
10 Arsenal 24 6 12 6 32-34

30
11 Kristal Pelas 24 7 9 8 22-28 30
12 Everton 24 8 6 10 28-35 30
13 Bernli 24 9 3 12 28-38 30
14 Nyukasl 24 8 6 10 24-36 30
15 Brayton 24 6 7 11 27-34 25
16 Aston Villa 24 7 4 13 31-45 25
17 Vest Hem 24 6 5 13 27-40 23
18 Bornmut 24 6 5 13 23-37 23
19 Uotford 24 5 8 11 21-36 23
20 Norviç 24 4 5 15 24-47 17