Üzü astarından baha çıxan layihə – Ona hər adamın əli çatmayacaq

0
148

Mənzil açarları, arxiv şəkliEkspert narazılıq edir: “2 otaqlı mənzilin kirayəsi üzrə orta aylıq ödənişlər 321 manat ətrafında olmalıdır”

 Azərbaycanda kirayə mənzil mexanizmi ilə satılacaq mənzillərin aylıq minimal ödənişləri açıqlanıb. Kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin aylıq ödənişi Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq. Bu barədə saytımıza İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli fərmanı ilə İpoteka və Kredit Zəmanət Fonduna həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb. Mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb, kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb və kirayə mənzil fondu formalaşdırılıb.

İlkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə 331 mənzil veriləcək. Mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində, 40-ı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə və 25-i Sumqayıt şəhəri, Sülh küçəsində yerləşir.

Müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək.

Ekspertlər kirayə mənzil mexanizmi ilə satılacaq mənzillərin aylıq minimal ödənişlərinə münasibət bildiriblər.

O bildirib ki, burada mənzilin maya dəyərinə kifayət qədər əlavə xərclər daxil edilib: “Bu, 25 ilə hətta ipoteka krediti ilə satılan mənzillərdən daha baha qiymətə başa gəlir. Eyni zamanda, ipoteka kreditləri ilə müqayisədə burada öhdəlik yerinə yetirilmədiyi təqdirdə ilkin ödəniş də daxil olmaqla edilən ödənişlər İpoteka və Kredit Zəmanət Fondunun gəliri hesab olunur və vətəndaşa heç bir geri ödəniş edilmir. Beləliklə, mənzil yenidən Fonda qaytarılır. İlkin ödənişin geri qaytarılması yoxdur. Aylıq ödənişlər ilə bağlı 2 ay problem olsa, avtomatik mənzil Fondun balansına qaytarılır. İlkin ödəniş də daxil olmaqla ödənilən bütün vəsaitlər Fondun gəliri hesab olunur və bunlar geri qaytarılmır. 3 ildən sonra mənzilin özgəninkiləşdirilməsi hüququ yaranır. Müəyyən qiymətə mənzili özgəninkiləşdirilə bilər”.

“Həyat sığortası, məsuliyyət sığortası bütün mexanizmlərdə tətbiq olunur. Bunlar ipotekada, güzəştli mənzil strategiyasında var, həmçinin burada tətbiq olunacaq. Evlər Fond tərəfindən sığortalanır və bu xərclər də vətəndaşların kirayə haqqında öz əksini tapır”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bundan sonra Fond vəsaitləri hesabına yaradılan mənzil fondunda maksimum mənzil sahəsinin, maksimum mənzil qiymətinin limitləri də müəyyən edilməlidir: “Bu layihələr vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması, mənzil əlçatanlığının artırılmasına hədəflənib və sosial xarakterlidir. Azərbaycanda orta aylıq əmək haqqı 580 manatdır, minimum əmək haqqı 250 manatdır. Burada təklif olunan qiymətlər daha optimal olmalıdır. Bu layihə çərçivəsində təklif olunan mənzillərin qiyməti yerləşmə yerindən, sahəsindən asılı olaraq 200-350 manat arasında olması məqbuldur, gözləntilərə cavab verir”.

İqtisadçı Qubad İbadoğlu da bildirib ki, mənzillərin kirayə haqları aşağı salınmalı, 2 otaqlı mənzilin kirayə haqqı orta hesabla 321 manat ətrafında olmalıdır: “Kirayə evlər konsepsiyası sosial rifah dövlətlərinin təcrübəsində özünü doğruldub. Onun Azərbaycana gətirilməsi təqdir olunsa da, tətbiqi ilə əlaqədar hazırlanan mexanizmlər gerçək tələblərlə uzlaşmır və işlək deyil. Bu konsepsiyanın əsas hədəfi gənclərə qapı açmaq, onların mənzil probleminin həllinə yardım etməkdir. Belə olan halda təklif olunan mexanizm yalnız elitar əmək haqqı alanların mənzillərə çıxışını təmin etməyə

Qeyd edək ki, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” Azərbaycan Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli fərmanı ilə təsdiq edilib.