Türkiyədə zəlzələnin ilk qurbanları: Nazir say açıqladı

0
125

<span style=color:#2c3e50>Türkiyədə zəlzələnin ilk qurbanları:</span><span style=color:#ff0000> Nazir say açıqladı</span> Dünən Türkiyənin Elazığ bölgəsində  6,8 bal gücündə zəlzələ olub. 

Bu şəhərdə təhsil alan tələbələrin  saytımıza verdiyi məlumata görə, zəlzələdən sonra şəhər əhalisi küçələrə çıxıb, təcili tibbi yardım maşınları hazır vəziyyətə gətirilib və məhəllələr boyunca növbələrə başlayıb. Bir neçə bina dağılıb, yaralılar var.

Şəhər sakinləri küçələrə axışıb.

Daxili İşlər Naziri Süleyman Soylunun verdiyi açıqlamaya görə, artıq tələfatla bağlı ilk xəbərlər gəlib. Belə ki, 2 nəfər Elazığda, 2 nəfər isə Malatyada olmaqla ümumilikdə 4 nəfərin öldüyü dəqiqləşdirilib. Ölü sayının artacağı istisna edilmir.