Türkiyə qoşunları Liviyaya göndərilir – Ərdoğan açıqladı

0
165

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan“Hərbçilərimizin tapşırıqlarına koordinasiya hərəkətləri daxildir. Liviyada qanuni hökumətin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin hərbi qulluqçularının mütəmadi olaraq göndərilməsinə başlanılıb”

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk qoşunlarının Liviyaya göndərilməsinə başlanıldığını açıqlayıb.

 Türkiyə lideri bu barədə “CNN Türk” telekanalı vasitəsilə bildirib.

“Hərbçilərimizin tapşırıqlarına koordinasiya hərəkətləri daxildir. Liviyada qanuni hökumətin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin hərbi qulluqçularının mütəmadi olaraq göndərilməsinə başlanılıb”, – Ərdoğan belə deyib.

Prezident ancaq Türkiyə qoşunlarının artıq Liviyada olub-olmaması barədə heç nə deməyib.