Trampın impiçmenti başlandı

0
158

Nümayəndələr Palatası dekabrda Trampa iki maddə üzrə impiçment irəli sürmüşdü: vəzifə səlahiyyətlərinin aşılması və Konqresin işinə maneə törətmək

 ABŞ-ın Ali Məhkəməsinin sədri Con Roberts və senatorlar Prezident Donald Trampın impiçmenti prosesinin başlanması üçün and içiblər.

Bununla Nümayəndələr Palatasının dövlət başçısının əleyhinə irəli sürdüyü ittihamların araşdırılması prosesinə start verilir. Burada senatorlar andlılar, konqresmenlər qrupu ittihamçılar, Roberts isə hakim qismində iştirak edəcəklər. Prezidentin suçlu olub-olmamasına senatorlar qərar verəcəklər.