“Sevgi fantaziyası”

0
585

Sabah yanvarın 26-sı İctimai Nəzarət Koalisiyasının QHT evində ( Azərbaycan Nəşriyyatının 8-ci mərtəbəsi) Tahir İsmayılovun “Sevgi fantaziyası” adlı kitabının təqdimat mərasimi keçiriləcək.

İsmayılov Tahir İsmayıl oğlu 1956-cı il aprel ayının 1-də Ağstafa rayonunun Poylu kəndində doğulub. 1974-79-cu illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) fizika fakültəsində təhsil alıb. 1993-cü ildən isə o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində çalışır. Tahir İsmayılov Ali Hərbi Məktəbinin kursantları üçün nəzərdə tutulmuş 9 metodik dərs vəsaitinin müəllifidir. Bununla yanaşı onun Respublikanın mətbu orqanlarında müxtəlif səpkili məqalələri və yazıları da dərc edilir. 2007-ci ildə Tahir İsmayılov “Esse və şeirlər” adlı ilk bədi kitabınınəşr etdirib. “Sevgi fantaziyası” onun bədii yaradıcılığını əks etdirən ikinci kitabıdır.

“ictimaixeber.az”