Rusiyanın bu şəhərindən Bakıya uçuşlar başlayır

0
119

15 yanvar 2020-ci il tarixindən Rusiyanın “İrAero” aviaşirkəti Samara şəhərindən Bakıya birbaşa və müntəzəm aviareyslər həyata keçirəcək.

Samaranın “Kurumoç” hava limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuşlar həftədə bir dəfə, çərşənbə günü təşkil ediləcək.

“İrAero” aviareyslərin cədvəlini təqdim edib: Samara(KUF) – Bakı(BAK) 01:20 – 03:10, Bakı(BAK) – Samara(KUF) 04:10 – 06:00

Şirkət uçuş müddətinin 2 saat olacağını bildirib.