Rusiyada hoteldə isti su borusu partladı – 5 ölü

0
113

Rusiyanın Perm şəhərində hotellərin birində isti su borusunun partlaması nəticəsində 5 nəfər həlak olub.

Ölən şəxslərin meyiti su basan sahədən suyun boşaldılmasından sonra aşkar edilib.

Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır, cinayət işi başlayıb.