Retro vaqonların “İçərişəhər” stansiyasında qalma müddəti uzadılıb

0
111

 Bakı metrosunun retro vaqonlarıRetro vaqonlardan ibarət qatar yanvar ayının 2-də də “İçərişəhər” stansiyasının 1-ci baş yolunda nümayiş olunacaq.

“Bakı Metropoliteni” QSC retro vaqonların “İçərişəhər” stansiyasında qalma müddətini daha bir gün uzadıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun yaydığı xəbərdə qeyd edilir.

Məlumata görə, buna səbəb sərnişin marağıdır: “Sərnişinlərin marağı və çoxsaylı müraciətlər nəzərə alınaraq, retro vaqonlardan ibarət qatar yanvar ayının 2-də də “İçərişəhər” stansiyasının 1-ci baş yolunda nümayiş olunacaq”.