Qasım Süleymaninin yerinə o gətirildi

0
113

İslam İnqilab lideri Ayətullah Xamenei Qüds Ordusuna yeni komandir təyin edib.

“Fars” Agentliyinin xəbərinə görə, Xamenei Qüds ordusu komandiri general Qasım Süleymaninin öldürülməsindən sonra general İsmayıl Kaanini orduya yeni komandir təyin edib.

O, general Süleymani ilə illərlə Qüds ordusunda mübarizə aparan general Kaanini bu vəzifəyə gətirib.

Bununla bağlı açıqlamasında o, Qüds ordusunun proqramının Süleymaninin dövründəki proqramla eyni olduğunu vurğulayaraq, general Kaaniyə Allahdan kömək diləyib.