Qasım Süleymani dəfn edildi

0
403

ABŞ-ın hava hücumu zamanı Bağdadda öldürülən iranlı general Qasım Süleymani dəfn edilib.

Bununla bağlı İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, izdiham səbəbi ilə iki dəfə təxirə salınan dəfn gec saatlarda baş tutub.

Qeyd edilib ki, dəfn mərasimi İranın ABŞ-ın İraqdakı hərbi bazasına hücumla generalın intiqamının alınmasından sonra baş tutub.

Xatırladaq ki, izdiham zamanı 65 nəfər ölüb, 200-dən çox insan yaralanıb.