Qadın voleybolçularımız Olimpiadada olmayacaq

0
143

Qadın voleybolu üzrə Azərbaycan millisi Tokio Olimpiadasına çıxmaq şansını tamamilə itirib.

Niderlandın Apeldoorn şəhərində keçirilən Avropa Təsnifat Turnirində millimiz Bolqarıstana 1:3 (23:25, 19:25, 25:21, 22:25) hesabı ilə uduzub.

Qrupun digər oyununda Polşa meydan sahibi Niderlanda 3:1 hesabı ilə qalib gəlib.

Bununla da Vasif Talıbovun komandası Olimpiadaya çıxmaq şanslarını tamamilə itirib. Baxmayaraq ki, komandamız A səbətində lider Polşa ilə qarşılaşacaq.