Parlament seçkilərində mübarizə aparan namizədlərin sayı açıqlandı –263 nəfər namizədliyini geri götürüb

0
368

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində hazırda qeydiyyata alınmış 1374 namizəd mübarizə aparır.

Artıq 263 nəfər öz namizədliyini geri götürüb. Ümumlikdə, parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət etmişdir.

Onların bir hissəsi seçki prosesinin müxtəlif mərhələlərində öz namizədliklərini geri götürüb.